Gülnar Səma "GÜL" kitabı

Anasayfa / ETKİNLİKLER / Kitap Dergi Yayınlar
Ekleyen : Gülnar Qasımlı , 01 Haziran 2016 Çarşamba Beğen 2
 
 
 
Kitabevim.az” mağazasında “Gül” kitabının imza günü keçirildi
 
29 may 2016-cı il tarixində “Kitabevim.az” mağazasında  Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB-nin və DGTYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Gülnar Səmanın “Gül” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəllif ilk növbədə tədbir iştirakçılarını salamladı. Dəvəti qəbul edib,  tədbirdə iştirak etdikləri üçün hər kəsə təşəkkür edib,  "aybkitab" layihəsi çərçivəsində işıq üzü görən yeni kitabı haqqında ətraflı məlumat verdi. Qeyd edildi ki, layihə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu günə qədər onlarla gənc nəslin nümayəndələrinin yeni kitabı nəfis tərtibatla çap olunub. Müəllif kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Ön söz yazmış Vaqif Yusifliyə, rəssamı Nəvai Metinə minnətdarlıq etdi. Kitabın redaktoru şair İbrahim İlyaslı vurğuladı ki, redaktor digər oxuculardan fərqli olaraq kitabı çap olunmamışdan öncə oxuyur. Maraqlı bir kitabı redaktə etdiyini məmnunluq hissiylə bildirib, hər kəsi bu kitabı oxumağa dəvət etdi. İbrahim müəllim müəllifə yeni yaradıcılıq uğurları dilədi. Sonra tədbir iştirakçıları müəllifin yeni işıq üzü görmüş kitabı və şeirləri haqqında öz təəssüratlarını bölüşdülər. 
Təcrübəli qələm sahiblərindən Ehtiram İlham, Faiq Balabəyli, Əli Əmirov, Nəcibə İlkin və.s Gülnara uğurlar arzuladılar. Gənc qələm dostlarından Faiq Hüseynbəyli, Cavidan, Vasif Zöhraboğlu, Hafiz Hacxalıl, Şahinə Könül, Tural Turan, Vüsal Yurdoğlu, İsa Həsənoğlu, Ülkər Piriyeva, Nicat Ülfətoğlu, Fuad Biləsuvarlı, Qılman İman, Sevinc Yunuslu, Savalan Talıblı, Manaf, Günel Fərhadqızı, Ramin Cilovdarlı, Furqani, Vüsalə Asif, Ramil Mərzili, Gültən Qədirli, Şəhanə Müşviq, Amil Ağayev və.s müəllifə xoş arzularını çatdıraraq kitablarını imzalatdılar. Tovuzun istedadlı gənc aşıqlarından Şəhriyar Kərimov və Elməddin Məmmədli, Tovuzun digər ziyalıları Vüsalə Dadaşova, Zakir Mirzəyev, Mehman Əhməd və.s da öz həmyerlilərinə uğurlar dilədilər. Gənclərə dəstək olanlardan Betreddin Güreş və Xuraman Camalqızı da ürək sözlərini çatdıraraq kitablarını imzalatdılar.
Müəllif tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə,  zəhməti keçən hər kəsə və  “Kitabevim.az” kollektivinə sonsuz təşəkkürünü bildirib, yeni işıq üzü görmüş kitabında yer alan şeirlərindən tədbir iştirakçıları üçün səsləndirdi. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, kitab “aybkitab” layihəsində çap olunduğu üçün onu satışdan əldə etmək olar. Maraqlananlar “Bayatı” kitab mağazasına və “Kitabevim.az”a müraciət edə bilərlər.
 
 
 

Sitedeki yazıların tüm hakları ve sorumluluğu yazı sahiplerine aittir. Yazıların izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Aksi davranışlara karşın yasal işlemlere başvurulacaktır.

Yapılan Yorumlar

Henüz yorum yapılmamış...

Yorum Yaz

Yorum yazmak için üye girişi yapınız...