Yenə darıxdım yaman

Ekleyen : Ehtiram İlham , 25 Mayıs 2016 Çarşamba aaa Beğen 2
Nə oyunlar açdılar,
Başına bu Vətənin.
Yüz il qabaqkı xalqdı,
Durub, dayanıb həmin.
 
Yenə həmin oğullar,
Əzab çəkirlər yenə.
Nə yatanlar oyandı,
Oyaqlar qalxmadı, nə...
 
Burda həyat məhbəsdi,
Orda məhbəs həyatı.
Kimlərin əlindədi,
Kimin müqəddəratı.
 
Nə millətdə insaf var,
Nə başçıda mürüvət.
İmansızlar əlində
İnildəyir məmləkət.
 
Hələ harasıdı bu?
Hara üz tutub zaman?
...Könlümə nələr düşdü,
Yenə darıxdım yaman.


Sitedeki yazıların tüm hakları ve sorumluluğu yazı sahiplerine aittir. Yazıların izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Aksi davranışlara karşın yasal işlemlere başvurulacaktır.

Yapılan Yorumlar

M. Nihat Malkoç
25 Mayıs 2016 Çarşamba 12:36:00
Yüreğinize sağlık… Azeri dilindeki şiirlerin ayrı bir çekim gücü var. Kaleminiz incinmesin. Sevgiyle kalın…

Şahamettin Kuzucular
25 Mayıs 2016 Çarşamba 20:56:28
Nə millətdə insaf var, Nə başçıda mürüvət. İmansızlar əlində İnildəyir məmləkət. Bayatı ( Mahnı - mani) çeşitlemesi özelliği gösteren bir eda ile Azerbaycanlı gardaşın memleket , vatan, millet aşkını terennüm eden enfes bir şiirdi. Azeri lehçesi ile yazılmış bir şiir anlamak pek zor olmuyor, Ümid ederim ki şairimiz de bizi anlamakta güçlük çekmiyordur. Sefa getirmişsin şair. Gönlümüzü süslediniz

Yorum Yaz

Yorum yazmak için üye girişi yapınız...