15.04.2020
Babamın ölümündən nə az- nə çox düz 20 il ötürdü , amma hər il olduğu kimi bu ildə süfrə açıb ruhunu anırdıq. İllər əvvəl necə edirdiksə, bu dəfədə elə etdik, yəni babamın qohumlarını süfrə başına dəvət edib, əyləşdirdik. Valahi süfrənin üstündə dünyada olmayan nemət yox idi. Nənəm demişkən, hamsıda importnu məhsullardı. Əsas məsələ də Quran oxunması idi ki, bunu da kəndimizin mollası olan Hətəməli kişiyə demişdik. Hətəməli kişi əslən Hapıttı kəndindən idi, amma işi yaxşı bacardığından kənar yerlərdən müştəriləri az olmurdu. Özü də yasda 3-dən , 7- yə kimi günün 50 manata otururdu . Belə xırda məclislərə 20-30 manata gəlirdi. Balaca boy, qalın saqqal, beli biraz bükülmüş bir kişi idi. Dişlərinin hamısı sonradan qoyulma idi. Burnu da lap üçlük qaz turbasına oxşayırdı. Zalımı çıxmış çox şorgöz adamdı. Belə şayə gəzirdi ki , bu saqqalı ağ Dəlləkli kəndin qəbristanlığına fahişə aparıbmış. Nə isə sizi çox yormayım. Saat 7 olardı kı, hamı süfrə başında toplandı. Bizim molla da lap başda əyləşib sərgül təamlardan burma buğlarının altından içəri ötürürdü. Yeyib- içmək qurtardıqdan sonra molla başladı söhbətə: -Cəmaət, bu gün biz mərhum İsfəndiyar kişinin il dönəminə yığışmışıq. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Salavat çevirib bir amin deyəyin.
Bundan sonra molla keçdi başqa söhbətlərə.
-Məlumunuz olsun ki, yatarqarına kişmiş yemək olmaz. Çünki gecə kişmiş mədəyə "joqa" verir. Ona görə də kişmişi ancaq səhərlər yeyin. Ağzınıza hakim olun, nəfsinizi məğlub edin. Peyğəmbər əfəndimiz -Allahun Məsəli Va ali Məhəmməd deyib bir salavat çəkib söhbətinə davam etdi. Hə dediyim kimi Peyğəmbər rəsulumuz səhrada bir ayı iki xurma ilə keçirib.
Bu zaman hamı məəttəl halda mollaya doğru baxıb dedilər:
-Necə? NECƏ? İki xurma ilə bir ay dolanıb.
-Bəli hazarat , düz iki ay tamam edib.
Bu zaman əmim yerindən dillənib mollaya dedi:
- Başına dönüm molla əmi bu qədər müddəti peyğnbərimiz cır xurma ilə dolana bilməzdi, yəqin xurma peyvənd olub.
Bu zaman mola acığlı şəkildə əmimə doğru yönəlib sözə başladı:
- Avaranın biri avara nə peyvənd xurma, cır xurma ilə, özü də iki ay. Sən bunun hesabın axirətdə necə verəcəksən ay fərsiz? Axirətdə cənnətə gedən ağacın üstündə şeytanlar, ifritələr, cinlər, həmzadlar dolu olar və səni kimi əbləh insanları cəmi cənnət nemətlərindən məhrum edər.
Bu sözləri deyən molla 30 manatın bir yekə zənbil pay-pürüşün götürüb getdi evlərinə. Babamın göruna and olsun ki , bu adamlardan bir zadda ola baş açmadım .
Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın