KategorilerŞİİRİSTANEli Ağa Vahid ŞiirleriHər kim mənə tən eyləsə meyxanələr içrə,

Hər kim mənə tən eyləsə meyxanələr içrə,

16.10.2016
 
Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.
 
Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.
 
Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.
 
Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.
 
Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.
 
Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.
 
Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.
Yorum yapmak için lütfenKayıt Olunya da