ÖMRÜN PƏRİŞAN GÜNLƏRİ


Esa
11.10.2016
 
 
ÖMRÜN PƏRİŞAN GÜNLƏRİ
 
Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,
Solmasm, yavrum, a Leyla, novbaharm gülləri.
 
Şerimin qəlbi qədər qoy saf olub gülsün həyat,
Oxşasm hər ruhu, qəlbi gülşənim bülbülləri.
 
Özgə bir aləm olub hökm eyləsin hər ürəyə,
Ellərin məsum həyatı, çöllərin sünbülləri.
 
Nə rəvadır bir qızm fikriylə məhv olsun bəşər!
Qıyma boğsun Vurğunu ömrün pərişan günləri.
 
1928
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 
 
 
 
 
 

Sitedeki yazıların tüm hakları ve sorumluluğu yazı sahiplerine aittir. Yazıların izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Aksi davranışlara karşın yasal işlemlere başvurulacaktır.


Henüz yorum yapılmamış