Ödüllü Şiir Yarışmasına Katıl (YENİ)

Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?

Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?1
Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz2, nedim?
 
Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,
Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim     
    
Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər?
Sərxoş olub, qəmlər içər, netdügünü1 duymaz, nedim?
 
Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,
Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim?
 
Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,
Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim?
 
Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,
Ol alihimmət dilbərüm minin birə saymaz, nedim?
 
Yarın qapusunda müdam, xar olduğum budur ki mən,
Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim?
 
Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,
Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim?
 
Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,
Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim?
 
Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,
Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim?
 
   1Nə etdiyini   Nə edim 2 Mətndə "göyməz" getmişdir.
 
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
 

Şairin Diğer Şiirleri


Sitedeki yazıların tüm hakları ve sorumluluğu yazı sahiplerine aittir. Yazıların izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Aksi davranışlara karşın yasal işlemlere başvurulacaktır.

Yapılan Yorumlar

Henüz yorum yapılmamış...

Yorum Yaz

Yorum yazmak için üye girişi yapınız...