ACI GÜLÜŞLƏR
Sən ey altun qəfəslərdə xumarlanan, süzulən,
Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?
O qəlbdir ki, həyatmda min bir acı yemişdir,
Əzəl gündən gəncliyini sənə qurban demişdir.
O qəlbdir ki, yetimlikdə, yoxsulluqda boğuldu,
Təbiətin ən qarışıq bir günündə doğuldu...
İştə, məni qəhr edirkən bu sayğisız səfalət,
Vurulduğum o gözlərdə mən axtardım səadət
Fəqət, sən ey zənginlərin, böyüklərin yavrusu,
Dünyalara hakim olan bir şairin qayğusu
Əsdi qara yellər kimi, gəlib keçdi yanmdan,
Mən doymaram ovuc-ovuc içsəm belə qanmdan...
Özün gəl, ey sevdiciyim, özün çıx meydanıma.
Ya qanma mən boyanım, ya sən boyan qanıma...
1928, 31 may
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005