ANDIM
Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.
Peymanmı pozan xəyal həmdəmim
Dərgahıma sayə salmayacaqdır.
Keçindim nə yaman dərdi-hal ilə,
Bir qara üzlü, ah, ideal ilə...
Açılmaz ürəyim hər vüsal ilə;
Onlardan yadigar qalmayacaqdır.
Hesablaşmaq istər könül xilqətlə,
Bir sevdiyim deyil, hər təbiətlə;
Gülsəm, güləcəyəm, əbədiyyətlə,
Sazım gəldi-gedər çalmayacaqdır.
1928, 7 yanva
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005