Arqadaş, yoldaş! Ey vətəndaş, oyan!

08.04.2017
Arqadaş, yoldaş! Ey vətəndaş, oyan!
 
Arqadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman;
Sıyrılır, bax, yavaş-yavaş zülmət,
Barı dan yıldızından al ibrət!
Nə diyor baq o pənbə çöhrəli nur?
Səhər olmuş, demək günəş doğuyor.
Azacıq varsa hissü vicdanın,
Qalq, oyan! Sönməmişsə imanın.
Qalq, oyan! Gör nə fikrə xadimsin?
Kimlərin oğlusan? Nəsin? Kimsin?
Sürünüb durma böylə, bir yüksəl!
Bir düşün, gör beş-altı əsr əvvəl
Nə idin? Şimdi nerdəsin? Bu nə yəs?
Əcaba, yoqmu səndə izzəti-nəfs?
Bir qədər sərxoş oldun, iştə yetər,
Diksinib bir ayıl da gör nə xəbər!?
Adəm evladı qol-qanad açaraq,
Çarpışır yerdə, göydə od saçaraq.
Yetişir, haydı zəfi, əczi buraq!
Qan, alev püskürən mühitinə baq!
Baq da bir an təsəvvür et yarını,
Daha sürətlə at adımlarını!
Kim baqıb dursa, bil ki, qeyb edəcək,
Ayaq altında məhv olub gedəcək…
Sürüsündən kənar olan qoyunu
Canavar parçalar görüb də bunu.
Dona qalmaqda varmı bir məna?
Bunca zillət yetişmiyormu sana!?
Çoq əzildin, yetər, ər oğlu ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
Qoşaraq nura, cəhli et pamal!
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə… Bir aydın
İdeal arqasınca qoş, çırpın!
İdealsız nicat ümidi-məhal…
“İttihad!” İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!..
 
Kanuni-əvvəl 1916
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar