Aşıq Pәriyә ә yazdığı mühәmmes

26.02.2017
Aşıq Pәriyә aşinalıq tәrhindә yazdığı bir müxәmmәs:

Ey Pәri, dәhrdә yox sәn kimi bir cananә, 
Tәn edәr mehri-rüxün göydә mәhi-tabanә, 
Gәrçi bihәd görürәm lütfunü hәr insanә, 
Piri-biqaidәdir, uyma Mәlik Aslanә, 
Olgilәn yar yenә mәn tәki bir oğlanә.

Hәm sәnin qәdrini Fәrhad ilә Şirin bilmәz, 
Mirzәcan bilsә dә yüzdәn o da birin bilmәz, 
Mirzә Mәmmәd dәxi o fәthәvü zirin bilmәz, 
Kim ki, mәşuq ola, o, zülfi-әsirin bilmәz, 
Rәng ilә salmagilәn sәn buları böhtanә.

Mәn sәnә hәr nә desәm mehrü mәhәbbәt sözüdür, 
Sәn mәnә yazdığın әfsanәvü möhnәt sözüdür, 
Gәr desәm hәmdәm olaq, bil ki, mavәddәt sözüdür, 
Bir zaman әrzim eşit, gör necә ülfәt sözüdür, 
Tövsәni-әqlini fikr ilә gәtir cövlanә.

Sәn tәki şux münasibdi ki, mәstanә gәlә, 
Әldә sazü mәzәvü sağәrü peymanә gәlә, 
Aşiqi-mәst görüb din ilә imanә gәlә-- 
Kim, gәrәk doqquz ola başı bu meydanә gәlә, 
Özünә türrәlәnib girmә bizim meydanә!

Sәnә şayәstә odur kim, tapasan әhli-vәfa, 
Canü dildәn edәsәn eşq tәriqini rifa, 
Olasan yar ona, etmәyәsәn cövrü cәfa, 
Dövri-fanidә sürüb bir neçә gün zövqü sәfa, 
Әhli-haldan özünü tutmayasan biganә.

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar