KategorilerŞİİRİSTANEli Ağa Vahid ŞiirleriAxır ağlatdın məni,biganələr gülsün mənə,

Axır ağlatdın məni,biganələr gülsün mənə,

16.10.2016
Axır ağlatdın məni,biganələr gülsün mənə,
Şəm tək yaxdın məni,pərvanələr gülsün mənə.

Mən də yalvarram gözüm yaşilə piri-meykədə
Eylə məst etsin məni,məstanələr gülsün mənə.

Pərtövi-xurşidi-ruyin cami-mey içrə görüb,
Ağlaram,qoy dövrede peymanələr gülsün mənə.

Qorxuram,sirri-dəhanın mey içib faş eyləyəm
Məst olam kim,arifi-meyxanələr gülsün mənə

Bağla ol zənciri-zülfünle meni-sərgəştəni,
Qoyma kim,səhranışın divanələr gülsün mənə.

Leylivəş zülfündən ayrı istərəm,Məcnun olam,
Vahidəm,qoy sakini-viranələr gülsün mənə!
Yorum yapmak için lütfenKayıt Olunya da