Elnur Rəsuloğlu (Əliyev)
 
Ölkədəki dözülməz vəziyyətdən cana
     doymuş ermənilərin dilindən
 
Hər kəsə şirindir öz azadlığı.
Qulaq azadlığı, göz azadlığı.
Əqidə, düşüncə, söz azadlığı.
Qolları bağlıdır, çöz Azadlığı.
Körüklə, odlansın köz Azadlığı.
Əldə edəcəyik, döz, azadlığı.