Başın üçün, sizin bazi-әnami

26.02.2017

 
Cәfәrqulu xan "Nәva" tәxәllüsün Mәhәmmәd bәyә әnam etdiyi qızıl quş barәsindә tәrtib etdiyi qafiyәlәr:
 
Başın üçün, sizin bazi-әnami
On beş gündә alıb iki şikari,
Birisi yüz ovla üç qanad uçmuş,
Birisi bir yelpәk kәbki-yәsari.
 
Olmaz belә şәfqәt, belә mәrhәmәt,
Canü dildәn gәrәk ha çәkәk minnәt,
Sәrkari-alidә tapıb tәrbiyәt,
Onunçun bu qәdәr çoxdu vüqarı.
 
Sәhәr gәmişәrәm, axşam tutaram,
Vaxt olur ki, meşәlәrdә yataram,
Börkümü götürüb önnük ataram.
Yad elәrәm tez-tez pәrvәrdigarı.
 
Belә xana nüzul olmaz belә qәm,
Çarә olmaz buna, neylәsә alәm.
Uçmadığı, almadığı cәhәnnәm,
Çağıranda әlә gәlәydi barı.
 
Gәrәkdir götürüb dәrәbәdәrә
Gәmişәydi bunu Tatvos, Mәrkәrә,
Nә rәvadır mәnim kimi çakәrә
Bәxş edәsәn belә tәnbәl murdarı.
 
 
Burada yazılan qafiyәlәrdәn başqa Mәhәmmәd bәy Aşiqin bir çox qәzәliyyatı vә mәrhum Qasım bәy Zakir ilә deyişmәlәri vardır ki, onları bәzi sәbәblәrә görә, zikr etmәyi münasib görmәdik; ancaq ömrünün axır çağında tәrcibәnd tәriqindә yazdığı "Tövbәnamә"ni yazmaqla iktifa etdik:
 
https://www.zengilan.com/edebiyyat.php?subaction=showfull&id=1353302144&archive=&start_from=&ucat=6&

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar