BİR QƏTRƏ YAŞ

11.10.2016
 
BİR QƏTRƏ YAŞ
 
Saqiya! Saqiya! Gətir gizlicə,
Görənlər olmasm divanələr var.
Nəşələr əməyim bu qəmli gecə,
Bağrma od basan pərvanələr var.
 
Həyatin sonuymuş bir solğun çiçək,
Qəmləri öldürən qəm olsa gərək,
Açmadı ağlayan üzləri fələk,
Cahanda göz yaşı, qəmxanələr var.
 
Saqiya! Dustağam zindan görməmiş
Vüsalm dadı yox, hicran görməmiş,
Bir mömin babayam quran görməmiş,
Onda da şübhələr, əfsanələr var.
 
Nəsibim oldusa bu ahu-vaylar,
Dün* gecə əl verib bahara yaylar,
Ucaldı göylərə şanli saraylar,
Düşünməz ııci'odə' viranələr var.
 
Saqiya! Saqiya! Yetir özünü,
Cahanı görməyim, bağla gözümü.
Şərqə söyləyirəm bu son sözümü:
Yavrusuz* üşüyən boş lanələr§ var.
 
1927
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 
Yorum yapmak için lütfenKayıt Olunya da