Bir zamanlar şərəfli Turanın,

08.04.2017
Bir zamanlar şərəfli Turanın,
 
Bir zamanlar şərəfli Turanın,
O cihani ğiryui qavğanın
Qəhrəman, bir güzidə evladı,
Türklərin anlı-şanlı əcdadı,
Saldırıb titrətirdi yer yüzünü,
Hökm edər, dinlətirdi hər sözünü,
Nə zaman kişnəsəydi Türkün atı,
Qırılırdı bir ölkənin qanatı.
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün,
Diz çökərlərdi Türkə qarşı bütün.
Çünki parlardı ərlərin qılıcı,
Həpsi qartal kibiydi saldırıcı.
Həpsi bir zevq alırdı qüvvətdən,
Ululuqdan, müzəffəriyyətdən.
Bunu gördükdə qomşu devlətlər,
Məmləkətlər, zavallı millətlər,
Həp boyun bükdü, Türkə yalvardı,
Mərhəmət gördü… canı qurtardı.
Sonra lakin bu mərhəmət, bu aman,
İştə tarix!.. Türkə verdi ziyan.
Qavrulub əski sızlayan yaralar,
Fışqırıb durdu odlu qumbaralar.
Mərhəmətkarı mərhəmətlə degil,
Qəhrü şiddətlə qıldılar tənkil.
Böylə dəhşətli, qanlı mənzərələr,
Hər zaman eyləməkdə cəlbi-nəzər.
İştə bir levhə! Görmək istərsən,
Baq da gör!.. Ah bir baqıb görsən?!
O şəhamətli Türkün evladı,
Şimdi topraq yiyor da, fəryadı
Çıqmış əflakə, həp yanar, sızlar.
İştə baq! Yavrular, xanım qızlar
Titriyor pənceyi-fəlakətdə,
Həp ölüm qarşısında, zillətdə…
Həpsi avarə, həpsi ac-çılpaq,
Həpsi biçarə… Baq, gözündən iraq?!
Həpsi qan ağlıyor da zaru-zəbun
Həpsi qardaşca bir nigah arıyor,
Bir kömək, bir pənahgah arıyor.
Dinləyən kim… fəqət o fəryadı?
Avutan kim… o qəlbi-naşadı?
Nə fəlakət bu, həm nasıl müdhiş!?
Ah, ölüm ən böyük səadət imiş…
 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar