ÇİÇƏK
Gözəl çiçək, dalğalanır dağ döşü,
Nədir o tərpəniş, dəryamı yoxsa?
Söylədilər səni könlümün əşi
*
,
Həqiqətmi, o da xülyamı yoxsa?
O seyran†
buludlar, o boylu çinar
Həp sənə gülümsər, sənə çırpınar.
Deyirsən titrədir məni ruzigar,
Bu dərdə mübtəla dünyami yoxsa?
Əmərdim hüsnündən min incə duyğu,
Sardımı çöhrəni xəzan soyuğu?
Əlvida, əlvida, daldığım uyğu
‡
İnanmam ölümmü, röyamı yoxsa?
1927
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ, BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
Milli Kitabxana