ÇÖRƏK DOSTU

11.10.2016
ÇÖRƏK DOSTU
 
Bir az yeyər, içər keyfi durular,
açılar rəngi,
Sonra sərməst olub, qızar gözləri.
Onun sözləri
O qədər mənalı olur ki, inan,
Hər duyan insan
Fəxr edər bəşərin bu övladilə,
O da insanlığm böyük adilə,
Bizi alqışlar,
nitqlər başlar:
"İçək bu bakalı o sağlığa ki,
Xəyalı yüksəkdir, qəlbi ləkəsiz,
Əyilməz bir kəsə qalsa əkməksiz*".
Yazıq üzülüncə meyxanalardan
Büsbütün dəyişər, dönər ahəngi,
açılmaz rəngi...
Təəccüb gəlməsin sizlərə bu iş,
Onu danışdıran meyxana imiş.
 
[7929]
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da