DAN YILDIZI

02.03.2017

 
DAN YILDIZI

 
Öpərkən gecələr dəsti-səbahi*
 
Duyurdum hərəkət namütənahi†
...
Çəməndə bir gözəl xeyli ilahi,
Üzündə zülfünü tarimar gördüm.
Titrəyirdi çəmən, titrəyirdi gül,
Oxurdu nəğmələr sabaha bülbül,
Bükmüşdü boynunu saralmış sünbül,
Qoxladım o yeri, laləzar gordüm.
Uçurdu dağlara quş kimi ceyran,
Boylana-boylana səmada tərlan,
Oxurdu türkülər səmiə

 pünhan,
Birləşin! - dedilər, bir şüar gördüm.
Buludlar dağılıb doğdu bir pəri,
O sevda yerinin doğma dilbəri,
Göz atdım gözünə, himlədim bəri,
Dayandı şir kimi, pürvüqar gördüm
Əsirdi durmadan birbaşa yellər,
Döyürdü bağrını dağ-daşa sellər...
Gülürdü al geyib, ağlayan ellər,
Bu haqqı danamam, aşikar gördüm.
1927, yanvar
 
*
Sabahın əlini
†Hüdudsuz, sonsuz
‡Qulağa
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar