KategorilerŞİİRİSTANEli Ağa Vahid ŞiirleriDindir məni hərdən,gözəlim,fürsət olanda,

Dindir məni hərdən,gözəlim,fürsət olanda,

16.10.2016
Dindir məni hərdən,gözəlim,fürsət olanda,
Vəslin bizə bir an ,nə olar,qismət olanda?

Bax,gör,məni zülfün ne perişanliğa saldı
Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
Fikrimdəsən,ey gül,yenə hər söhbət olanda

Biganə əgər olmasa ,tez vəslə yetərdik
Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki,tutub ruyini,çox qorxuram ondan
Aləm toxunar bir-birine zülmət olanda

Könlüm necə sənsiz,gözəlim,naləsiz olsun
Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid,hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!
Yorum yapmak için lütfenKayıt Olunya da