DÜNYADI

15.05.2017

DÜNYADI
 
Ay sevənim, sev məni
Dünya bekara dünyadı.
Ona uyub küsmə məndən
Gəlməyən kara dünyadı. 
 
Bilməzsən dostdu-düşməndi,
Xəyalı tez dəyişəndi,
Qəfildən üzü dönəndi,
Etməyən çara dünyadı.
 
Bərkdə-boşda yox hünəri,
Verdiyini alar geri,
Bilal kimi aşıqları
Yandıran nara dünyadı.

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar