KategorilerŞİİRİSTANGöyçeli Âşıq Ah Şiirleri DÜŞÜBDÜ Nədən belə, nazlı yarım,

DÜŞÜBDÜ Nədən belə, nazlı yarım,

28.02.2017
 
Geraylı
 
DÜŞÜBDÜ

 
Nədən belə, nazlı yarım,
Dərd ucalıb, dəm düşübdü.
Nalan oldun nədən belə,
Yanağına nəm düşübdü.
 
Şəhla gözün fənər edim,
Sönən qəlbin yanar edim,
Gətir candan kənar edim,
Can evinə qəm düşübdü.
 
Gəl baxma Alı oynuna,
Bir əlim salım boynuna,
Birini də al qoynuna,
Ləb, ləb üstə kəm düşübdü.
 
https://www.azadliq.org/a/24302809.html
 
Yorum yapmak için lütfenKayıt Olunya da