ELLƏR DÜNYASI

11.10.2016
ELLƏR DÜNYASI
 
Al-yaşıl geyinmiş uca dağlarm
Qartallı qoynundan uzaqlaşmışam;
Könül bulandıran, xoyal küsdürən
Tozlu bir diyarla qucaqlaşmışam...
 
Burada hər tərəf - yerdən göyədək,
Doğrudan yandırır, yaxır insanı;
Acı bir hiss ilə gülümsəyərək,
Deyirəm: gəzdiyim o yerlər hanı?
 
Hanı ağ sularm xoş təranəsi?
Burda nə ildmm, nə şimşək çaxar:
Yadıma düşdükcə Dilcan dərəsi
Başmdan tüstülər, dumanlar qalxar.
 
Gecələr ay gülməz buludlar qara,
Boğulur varlığım hər bir addımda.
Mən çox dırmanmışam qarlı dağlara,
O ellər dünyası yaşar yadımda...
 
[7929]
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı
 
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da