Erdi qulağıma səhər çün hayü huyi-meykədə,

12.09.2017

Erdi qulağıma səhər çün hayü huyi-meykədə,
Dər xastəm, kərdəm səfər ma niz suye meykədə 1
 
Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,
Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə 2
 
Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,
Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə.
 
Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,
Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə.
 
Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,
Dedi təbəssüm edərək: künci-kədüyi meykədə.
 
Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,
Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə.
 
Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,
Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə.
 
Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,
Olmaq dilərsən can əmin, et arizuyi-meykədə.
 
De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,
Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə.
 
Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,
Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə.
 
Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,
Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə.
 
Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,
Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə.
 
Qalxıb, biz də meyxanəyə səfər etdik.
2 Gedib o meyxanədə bir çox divanə gördüm, hər ləhzə meyxanənin küpündən dalbadal içirdilər.
 
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar