Eşqin Məmmədov . Sən şeir.

27.02.2020
Bilmirdin nə vaxtsa ağlayacaqsan ,
Mənim gözlərimdə yaş qoyanda sən
Sevgi mənzilini  mən tək  tikərdim 
Yadın yuvasına  daş qoyanda sən. 
 
Əllərin əclafın kobud əlində ,
Bir zaman solacaq təravətin də ,
Hər dəfə ağrılar tutur sinəmdə
Özgə sinəsinə baş qoyanda sən .
 
O səni tərk  edib  , gözlərin yaşda ,
Necə bağışlayım , deyir bağışla ...
Bilmirdin əllərin qalacaq boşda 
Eşqinin ürəyin boş qoyanda sən .
Yorum yapmak için lütfenKayıt Olunya da