Bilmirdin nə vaxtsa ağlayacaqsan ,
Mənim gözlərimdə yaş qoyanda sən
Sevgi mənzilini mən tək tikərdim
Yadın yuvasına daş qoyanda sən.
Əllərin əclafın kobud əlində ,
Bir zaman solacaq təravətin də ,
Hər dəfə ağrılar tutur sinəmdə
Özgə sinəsinə baş qoyanda sən .
O səni tərk edib , gözlərin yaşda ,
Necə bağışlayım , deyir bağışla ...
Bilmirdin əllərin qalacaq boşda
Eşqinin ürəyin boş qoyanda sən .