KategorilerŞİİRLERHece ŞiiriEşqin . Son Ümid. ( Payız məni darıxdırır ilahi..)

Eşqin . Son Ümid. ( Payız məni darıxdırır ilahi..)

10.02.2020
Payız məni darıxdırır ilahi !
Qəribliyim sanki yenə qalıbdır .
Sevinc addım - addım ötür yanımdan ,
Arzularım çiskin , çənə qalıbdır.
 
Nə zalınmış bu ömrümü düzəldən ,
Bir ömür ki , düz çıxmayıb yüz əldən ...
Mənim bəxtim belə gəlib əzəldən ,
Sabahlarım yüz dünənə qalıbdır.
 
Axı necə çıxım , gedim xoş yerə ?
Bəsdir  ruhum , bədir , məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə 
 O ümiddən bircə dənə qalıbdır.
 
Uzaqlaşdın məndən yenə min qarış 
Bu taleyim , vallah , mənə qışdı - qiş..
Gah borandır , gah tufandır , gah yağəş ,
Son ümidim ,sönə -sönə qalıbdır.
 
Yorum yapmak için lütfenKayıt Olunya da