**
Gəl sevinsin sevgi dolu ürəyim,
bircə dəfə xəyalıma
qonağ gəl.
Öpüb oxşamağa sevməyə məni,
sonunda fürsətin olmayacağ, gəl.
**
Həsrətindən gözü dönmüş dəliyəm,
həyatımdan üz çevirib
gedəli.
Qayıt gel ömrüme, həyatıma dön,
tək sənsən sevgimin
sonu,əzəli.
**
Xəyalımın ol hər gecə
pənahı,
tut əlimdən çatdır məni vüsala.
Yaxın dur ,sev məni,əzizlə məni
Qarışaq bal dadlı ,şirin xeyala...
**
Hələ ürəyimin tükənməyibdir,
sevgimizə qovuşacağ gümanı.
Bir gün mütləq döyəcəksən qapımı,
gözüm yolda gözləyirəm o anı.
Seadet Qerib.