Gorhuram
Payi-piyadə düşürəm çöllere, --
Pari-müğilan görürəm, qorhmuram.
Seyr edirəm bərrü biyabanları, --
Kuli-beyaban görürəm, qorhmuram.
Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorhmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorhmuram.
Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....
https://www.azadliq.org/a/3551254.html