07.05.2020
Elnur Rəsuloğlu (Əliyev)
"Qız" adın
daşımaq səninçün deyil,
"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm, bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl!
Kar olsun qulağın,
lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl!
Bütün bədənini
bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya
əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!
Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın
Şahamettin Kuzucular
4 years ago