Gözəl! (Qarğışnamə)

07.05.2020



Elnur Rəsuloğlu (Əliyev)

"Qız" adın daşımaq səninçün deyil,
"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm, bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl! 

Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl! 

Bütün bədənini bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar

Şahamettin Kuzucular

Şahamettin Kuzucular

4 years ago

Kar olsun qulağın, lal olsun dilin, Tökülsün saçların, əyilsin belin. Getsin, qayıtmasın geri sevgilin, Gözünü yollara dikəsən, gözəl! ............ Anadolu sahasında bu tip şiirlere bir koşma diyoruz, Azerbaycan da ise galiba Geraylı diyorlar. Adları farklı olsa da tadları aynı. Kutlarım güzel kalemi..