Qayda: Peyğəmbərliyin bitməsi və vilayətin təzahürü
Nübüvvət zühura Adəmdən gəldi,
Kamalı vücudi-Xatəmdən gəldi.
Vilayət qalaraq bir səfər etdi,
Nöqtə tək dünyada yenə dövr etdi.
Onun külli zühuru olar xatəm,
Onunla tam olar bu dövri-aləm.
Övliya varlığı onun üzvüdür,
O külldür, onlar sanki cüzvdür.
O xacədən tapar tam bütöv nisbət,
Ondan tam yetişər hamıya rəhmət.
Ondan örnək alar hər iki aləm,
Həm xəlifə olar övladi-Adəm.
https://www.azadliq.org/a/26529431.htmlGÜLŞƏNİ-RAZ 'DAN