KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Altıncı sual: Arif və məruf

GÜLŞƏNİ-RAZ 'DAN Altıncı sual: Arif və məruf

05.03.2017
GÜLŞƏNİ-RAZ 'DAN
 
 
Altıncı sual: Arif və məruf
 
Əgər ariflə məruf zati-pakdır,
Bu nə sevda, o ki, bir ovuc xakdır.
Haqqın nemətinə naşükür olma,
Haqqı tanıyarsan Haqqın nuruyla.
Ondan qeyri arif-məruf nə olar?
Bu torpaq günəşdən istilik tapar.
Əcəb deyil zərrədə vardır ümid,
Nurla mehr göstərər ona bir xurşid.
Yadına sal fitrətin hal-məqamın,
Oradan bilərsən fikrin əsasın.
Allah ki, «Ələsti Rəbbiküm» dedi,
Sonda gələn dərhal «bəli» söylədi.
Adəmin torpağı qarışılan gün,
Yazdılar qəlbinə iman büsbütün.
O məktubu bir yol gər oxusan sən,
İstədiyin hər bir şeyi bilərsən.
 
Bəndəlik peymanı bağladın gecə,
Nadanlıqdan onu unutdun necə.
Haqq kəlamı nazil olubdur ondan
Ki, ilkin əhdini yada salasan.
Əgər Haqqı əvvəl görmüsənsə sən,
Burada bir daha onu görərsən.
Sifətlərin görsən bu gün burada,
Zatını görərsən sabah orada.
Yoxsa öz səyini zaye etmə sən,
«Hidayət olmazı» Qurandan öyrən.
 
https://www.azadliq.org/a/26529431.html
Yorum yapmak için lütfenKayıt Olunya da