KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Onuncu sual: Nitq dəryası və ondan yaranan gövhər

GÜLŞƏNİ-RAZ 'DAN Onuncu sual: Nitq dəryası və ondan yaranan gövhər

05.03.2017
 
 
GÜLŞƏNİ-RAZ 'DAN
 
Onuncu sual: Nitq dəryası və ondan yaranan gövhər
 
O nə dəryadır nitqi sahil oldu,
Dibindən hansı gövhər hasil oldu?
Varlıq dərya, nitqdir onun sahili,
Sədəf – sözdür, bilik – qəlb cəvahiri.
Hər dalğada min dürri-şəhvar gələr,
Çölə səpər nəql, hökm və xəbər.
Min-min dalğa gələr hər bir dəm ondan,
Heç vaxt bircə damla olmaz kəm ondan.
Varlıq elmi o dərin dənizdəndir,
Dürr qabığı səslə hərflərdəndir.
Mənalar nə sayaq edər tənəzzül,
Lazımdır işlənsin burada təmsil.
 
https://www.azadliq.org/a/26529431.html
Yorum yapmak için lütfenKayıt Olunya da