KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Fitri qabiliyyət

GÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Fitri qabiliyyət

05.03.2017
GÜLŞƏNİ-RAZ 'DAN
 
Təmsil: Fitri qabiliyyət
 
Anadan gəlmə kor əlvan rəng bilməz,
Yüz il söyləsən də çox dəlil, çox söz.
Ağ, qırmızı, sarı, yaşıl və kahı,
Onda olar yalnız qara siyahı.
Nə pisdir kor olsa anadangəlmə,
Hardan görə bilər çəksə də sürmə.
Üqbanı görməkdən ağıl acizdir,
Anadangəlmə kor kimi fərsizdir.
İnsanın ağıldan uca yolu var,
O gizli sirləri bunla tanıyar.
Daş ilə dəmirdən çıxan atəş tək,
Allah canla təndə qoymuş bir örnək.
O məcmudan peyda oldu sirli yol,
Eşitdinsə, get özünlə məşğul ol.
Bir-birinə dəyir daş ilə dəmir,
İki aləm nurundan şölələnir.
İlahi naxışın nüsxəsi sənsən,
Özündə gəl axtar, hər nə istəsən.
 
 
https://www.azadliq.org/a/26529431.html
 
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da