KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Peyğəmbər və övliyaların mərtəbələri

GÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Peyğəmbər və övliyaların mərtəbələri

05.03.2017
GÜLŞƏNİ-RAZ 'DAN
 
 
Təmsil: Peyğəmbər və övliyaların mərtəbələri
 
Günün nuru gecədən ayrı oldu,
Sənin üçün sübhün şəfəqi doğdu.
Bir daha dövr edər bu çərxi-dəvvar,
Axşam, qürub gələr, zavala uğrar.
Nəbinin nurudur xurşidi-ə’zəm
Gah Musadan gələr, gah da ki Adəm.
Aləmin tarixin oxusan əgər,
Mərtəbəni bilərsən birər-birər.
O günəşdən hər dəm bir kölgə gəldi,
Dinin meracıçün pillə yüksəldi.
Xacənin zamanı son zirvə idi,
Hər kölgə və zülmət Mustafa idi.
Düz qamət üçündür ortada – zirvə,
Öndən, sondan, sağdan, soldan yox kölgə.
O Haqqın yolunda etdi iqamət,
Doğru əmrə tərəf tutdu düz qamət.
Qaranlıqdan düşməz bir an kölgəsi,
Ey Allahın nuru, Onun kölgəsi.
Onda qiblə orta – qərblə şərq olub,
Ona görə nur içində qərq olub.
Əlindən ki, şeytan oldu müsəlman,
Ayağı altında kölgələr pünhan.
Cümlə mərtəbələr ayağı altda,
Yerdəkilər bütün sayəsi altda.
Nurundan vilayət saldı kölgələr,
Məşriq ilə məğrib oldu bərabər.
Hər kölgə ki, əvvəldə oldu hasil,
Sonda başqasıyla oldu müqabil.
Hər alim ümmətdən indi çıxsa, bil,
Bir elçidir nübüvvətə müqabil.
Nəbi nübəvvətdə olub mükəmməl,
Hər validən olar naçar o əfzəl.
Vilayət xatəmlə tam oldu zahir,
Nöqtənin əvvəli xətm oldu axır.
Ondan aləm tapdı əminlik, iman,
Maddə də, canlı da ondan tapdı can.
Dünyada qalmaz bircə nəfs kafir,
Haqq, ədalət büsbütün olar zahir.
Vəhdətin sirrindən ol vaqifi-Həqq,
Onda peyda olar bir vəchi-mütləq.
 
 
https://www.azadliq.org/a/26529431.html
Yorum yapmak için lütfenKayıt Olunya da