KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Varlıqsız görüntülər

GÜLŞƏNİ-RAZ 'DAN Təmsil: Varlıqsız görüntülər

05.03.2017
 
GÜLŞƏNİ-RAZ 'DAN
 
 
Təmsil: Varlıqsız görüntülər
 
Qoy aynanı qalsın burda bərabər,
Ona baxıban gör bir şəxsi – digər.
Bir daha bax gör kimindir o əks,
Nə budur, nə də o, kimindir bu əks?
Öz zatımla həmişə müəyyənəm,
Bilmirəm nə olar bəs mənim kölgəm.
Yoxluq varlıq ilə necə birləşər,
Nurla zülmət ikisi heç bir gələr?
Keçmişlə gələcək nə aydır, nə il,
İndiki nöqtədən başqa an deyil.
Xəyali nöqtədən sirayət edər,
Ona nəhr dedin, hey axıb gedər.
Məndən başqa bu səhrada bəs kimdir?
Söylə mənə bu səs-səda nədəndir?
Ərəz fani, cövhər ondan mürəkkəb,
De nə vaxt hardadır axı mürəkkəb?
Cisimdə var dərinlik, en, uzunluq,
Yoxluqdan bəs necə yarandı varlıq?
Bu cinsdəndir əslində cümlə aləm,
Bunu bildin, gəl iman gətir tamam.
Haqqdan qeyri varlıq yoxdur, əl-Həqq,
«O Haqqdır» de, gər istərsən ənəl-Həqq.
Varlıqdan gəl ayır xəyal üzünü,
Ey biganə, aşina et özünü.
 
https://www.azadliq.org/a/26529431.html
 
 
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da