KategorilerŞİİRİSTANŞeyh Mahmud Şebusteri ŞiirleriGÜLŞƏNİ-RAZ 'DAN Yeddinci sual: «Ənəl-həqq» deyiminin incəliyi

GÜLŞƏNİ-RAZ 'DAN Yeddinci sual: «Ənəl-həqq» deyiminin incəliyi

05.03.2017
 
GÜLŞƏNİ-RAZ 'DAN
 
Yeddinci sual: «Ənəl-həqq» deyiminin incəliyi
 
Nitqdə «ənəl-həqq» nöqtəsi hanı,
 
Hərzəmi söylədin aydın mənanı?
Ənəl-həqq sirlərin kəşfidir, mütləq,
Haqqdan başqa kim söyləyər «ənəl-həqq».
Aləm zərrələri Mənsur tək olar,
İstər məst halında, istərsə xumar.
Bu təsbih, bu təhlil daimdir hər dəm,
Hamı bu mənaya üz tutmuş möhkəm.
İstəsən ki, səninçün olsun asan,
«Və innə min şeyən» oxu bircə an.
Pambıq kimi təmizlədin özünü,
Həllac sayaq dedin bu an sözünü.
Çıxar qulağından güman pənbəsin,
O vahid qəhharın dinlə nidasın.
Haqqdan davamına gəlir bir nida,
Niyə qiyamətə qalsın bu sevda?
Əminlik vadisinə çıx ki, nagah,
Ağac sənə desin ki, «mənəm Allah».
Ağacdan «ənəlhəh» olursa rəva,
Bəs niyə xoşbəxtdən olmayır rəva?
Hər kimin qəlbində şəkk yoxsa tamam,
Yəqin bilir varlıq birdir, vəssalam.
Mənəmlik bir Haqqa layiq bilinir,
O qeyb olar, xəyaldan da gizlindir.
Həzrəti-Həqqdə əslən ikilik yox,
O Həzrətdə mənlə biz və sənlik yox.
Bir şeydir sənlə o, və biz ilə mən,
Vəhdətdə heç fərqlənmə yoxdur əslən.
Kim özündən xali olub boşaldı,
Ənəl-həqq içində bir səda oldu.
Həlak olar qeyri, tək vəchi qalar,
Salik ilə seyrü süluk bir olar.
Burda hülul-ittihad mümkün deyil,
Vəhdətdə ikilik azğınlıqdır, bil.
Hülul və ittihad qeyridən gələr,
Lakin vəhdət tamam seyrdən gələr.
Müəyyənlik oldu varlıqdan cüda,
Nə Haqq bəndə oldu, nə bəndə Xuda.
Xəlq və kəsrət varlıqda görüntüdür,
Hər görünən eynilə var deyildir.
 
 
https://www.azadliq.org/a/26529431.html
 
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da