HUMAYIN ÖLÜMÜ

02.03.2017

 
HUMAYIN ÖLÜMÜ
 
Səhərdir... Azacıq kənddən aralı
Bir dağ ətəyində qar düzəngahı.
Bu qar dənizində açmış sabahı
Sürəkdən ayrılmış dağlar maralı...
 
Uzanmış tir kimi, donmuş bədəni,
Ağarmış bənizi dümağ süd kimi.
Budaqsız, yarpaqsız bir söyüd kımi
Yıxılmış torpağa, ağladır məni.
Almış dovrəsini halqalanaraq,
Çöllərin sultanı, şahı çobanlar.
Ortalıqda sükut və həyəcan var,
Ürəkdən birisi qıza yanaraq:
Birinci çoban:
- Budur, bu dünyanın son etibarı,
Axırı puç olur dövlətin, varın,
Tez olun, kəndə bir xəbər aparın,
Qızın anasını çağırın barı!..
İkinci çoban:
- Gəray bəy bu günü görsəydi inan,
Yanan gozlərindən odlar yağardı.
Bir eli, bir günü diri boğardı,
Daşı-daş üstündə qoymazdı bir an.
Uçüncü çoban:
- Gəray bəy çoxunu diri soyubdur,
Qoy onun oduna balası yansın.
Pis günü daldadır, hələ dayansın!
O çox anaları ağlar qoyubdur...
Dördüncü çoban:
- Sən də səfehləmə, bu, günahsızdır,
Arvad xaylağıdır, özü də qızdır...
İxtiyar çoban:
- Alın yapıncımı, bürüyün onu,
Canı var... Tez olun, tonqal qalayın!
Aləmə car çəkib, bir xəbər yayın!
Zəhərdir bu şirin dünyanın sonu...
______________Milli Kitabxana_______________
80
 Gəray bəy ölməmiş, sağdır dünyada,
Atadan, babadan böyüyümüzdür;
İndi pis günüdür, hər dərdi yüzdür,
Bizimdir namusu hər kim olsa da...
Mehriban çobanlar durub yanaşı,
Humayı çiyninə götürüb gedır...
Qızı ağlayaraq ziyarət edir
İxtiyar ananın bəlalı başı.
Ocaqlar çatılır, ev qızır haman,
Humay bürünmüşdür isti yorğana.
Başının üstündə ağlayır ana,
Oturmuş dizinin üstündə Quran.
Qapı qulluqçusu qoca bir qarı
Çevirir ocağın isti közünü.
Humay qızışdıqca açır gozünü,
Baxır pəncərədən bayıra sarı,
Dolanır həftələr, dolanır aylar...
Kəndin arasında bir danışıq var.
Humayın ardınca deyirlər "dəli",
Deyirlər: "Başına bava gələli
Gecələr sıyrılıb yatacağından
Asılır quş kimi öz ayağından,
Nə çovğun anlayır, na boran, nə qar".
(Olanı artırır, bəzən insanlar...)
"Gəzir ayaqyalın, gəzir başaçıq,
Həyası qalmamış qızın azacıq".
Deyirlər: "Ulduzun, ayın, buludun",
Deyirlər: "Günəşin, alovun, odun
Arxasınca düşür, gəzir sərsəri
Başının ağrısı tutandan bəri".
Ah, ölən məhəbbət, ah,
Ölən istək! Nədir həyatdakı bu çapaşıqlar?
Yaşasın gələcək, böyük gələcək!
Onda nə göz yaşı, nə ayrılıq var!
 
Son bahar... Nə yaman gəldi son bahar!
At çapan dalğalar sır-sır bağlamış.
Bağlı qapıları açdıqca ruzigar,
Gülür qəhqəhəylə bizə qara qış,
At çapan dalğalar sır-sır bağlarmış.
Nə çadır görünür, nə yaşıl bir düz,
Deyib danışmayır xınalı kəklik;
Ömrünü tapşırır, gödəlir gündüz,
Bülbül ağlasın ki, solur çiçəklik,
Deyib danışmayır xınalı kəklik.
Gecədir, ulduzlar donur havada,
Səyirdir atını qara bir bulud.
Quşlar da boynunu burur yuvada,
Gəzir qapıları ölü bir sükut;
Səyirdir atını qara bir bulud.
Düşünür sakitcə torpaqlı damlar,
Boğur kainatı gecənin əli.
Mənim də ruhumda bir iztirab var –
Ölür sənətimin o ilk gözəli,
Boğur kainatı gecənin əli.
O, yeddi həftədir yorğan-döşəkdə,
Təbibsiz, davasız can üstündədir;
Humaydan iyrənir yorğan-döşək də.
O ellər gözəli gür nə gündədir!
Təbibsiz, davasız can üstündədir...
Ölür sənətimin vəfasız yarı,
Gəlsin Füzulinin ağlar qəzəli!
Gəlib sevgilimlə görüşsün barı,
Yolunu gözləyir ellər gözəli,
Gəlsin Füzulinin ağlar qəzəli!
Ey Günəş! Ey bulud! Şahid olun siz,
Göylərin altında bir həyat sönür -
 
Sönür sevgilisiz, sönür sevgisiz,
Asiman dolanır, asiman donür,
Göylərin altında bir həyat sönür...
Qaydadır, dünyadan yaxşı gedəndə
Dost dəsmal götürər, düşmən açılar...
Bəzən taleyimi düşünüb mən də,
Deyirəm mənim də başımda bu var:
Dost dəsmal götürər, düşmən açılar...
O artıq cahanda bir quru addır,
Susuram ruzgarın suallarına.
Bu axşam, şairim, şerin azaddır,
Təftiş komisyonu qalsın yarına,
Susuram ruzgarın suallarına.
Başının üstündə titrək əliylə
Ağlayır ixtiyar, ağbirçək ana;
Danışır ömrünün bu son gülüylə;
"Mən ölüm... can bala... qıymaram sana..
Ağlayır ixtiyar, ağbirçək ana.
Humay anasının son beşiyidir,
Sonbeşik üstündə əsir analar;
Onun var-yoxudnr, ev-eşiyidir,
Ananın yuxusuz gecələri var,
Sonbeşik üstündə əsir analar.
O görür qızının yazıq halını,
Qəfəsdo quş kimi özünü yeyir.
Bütün dövlətini, bölün malını
Humayın başına sadağa deyir.
Qəfəsdə quş kimi özünü yeyir.
Yolur birçəyini, ağlayır asta,
Humay matəmini bilməsin deyə.
"Dünyanı xəlq edən, ey böyük usta!”
 
______________Milli Kitabxana_______________
83
Deyərək yalvarır, yaxarır göyə,
Humay matəmini bilməsin deyə.
Yazıq! Üfüqlər də, buludlar da lal,
Külək qamçılayır qaranlıqları;
Aparır xəstəni qara bir xəyal.
Aparır gizli bir diyara sarı,
Külək qamçılayır qaranlıqları.
Aha! Xilas üçün yüyürür Cəlal,
Fəqət, faciədir xəyalın sonu
Gəray bəy arxadan, əlində xançal
Soxulub Cəlala, öldürur onu...
Fəqət, faciədir xəyalın sonu.
Sonra da yaxlaşır əlləri qanlı,
Humayın heyrətdən böyüyur gözü.
O qızmış mis kimi, başı dumanlı...
Burda tükənmişdir şairin sözü –
Humayın heyrətdən böyüyür gözü.
Xəstə son gücünü toplayaraqdan
Qışqırır, yayılır bu səs otağa;
Gəray bəy doymamış qandan, yaraqdan,
Atına qalxaraq dırmanır dağa,
Həzin bir vəlvələ düşür otaea...
Səhərdir... Üfüqün geydiyi sarı,
Solur şəfəqlərdə xəstə üzlü ay;
Ağarır süd kimi dağların qarı,
Fəqət gözlərini yummuşdur Humay,
Solur şəfəqlərdə xəstə üzlü ay...
Üstünə çəkilən kəlağay qara,
Donmuş yanağında iki damla yaş.
Bənzəyir tutulan ağ buludlara,
O artıq olmuşdur heçliyə voldaş;
Donmuş yanağında iki damla yaş.
 
______________Milli Kitabxana_______________
84
Səhərin qoynunda ağlaşma səsi
İnsanı yandınr odsuz-ocaqsız.
Nədir kainatın bu mənzorəsi,
Yaşayanmı haqsız, ölənmi haqsız?
İnsanı yandırır odsuz-ocaqsız...
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duınan ytiksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atun birbaşa dünya,
Yerlərə baxıram - bağçalı, bağlı,
Göylərə baxıraın - qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamasa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat
Əldən ələ keçir vəfasız həyat;
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Bir də düşünməyə varmı vaxtımız
Sirri məchul olan bu mənaları?
Şairim, belədir, bizim baxtımız
Bəşər tapmamışdır əzəldən bəri
Sirri məchul olan bu mənaları.
Heçliklə çarpışan bu canlı varlıq
Məncə düşünməyə, duymağa dəyməz.
Sadə həyatdadır hər bəxtiyarlıq;
Ömür dedikləri ötərgi bir səs.
Məncə düşümnəyə, duymağa dəyməz!
Fəqət, mən istərəm qıymasın həyat,
Şeirin ağladığı bir gözəlliyə.
Hər zaman dəyişən, dönən kainat
Qıymasın, şairlor yazıqdır deyə,
Şeirin ağladığı bir gozəlliyə...
 
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay;
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya.
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ  III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar