HÜSREV Ü ŞİRİN’DEN PEYĞƏMBƏRİN TƏRİFİ

01.03.2017
 
HÜSREV Ü ŞİRİN’DEN
 
 
PEYĞƏMBƏRİN TƏRİFİ
 
Böyüк Məhəmmədə yüz min afərin!
Xilqət torpağıdır, buna ol əmin.
Həqiqət görənlər gözünə çıraq,
Varlığa bir zinət özüdür ancaq.
Vəfa meydanının qabaqcılıdır,
Nəbilərə rəhbər, başcıl sayılır.
Günahкar ümməti qoymaz xəcalət,
Eyləyər onlara daim şəfaət.
Sübhün bağçasına ətirlər saçar,
Odur hər ilahi xəznəyə açar.
Nə qədər yetimi sevdi, saxladı,
"Dürri-yetim" qaldı odur кi, adı.
Mənada Adəmin can кimiyası,
Surətdə aləmin göz tutiyası.
Şəriət evinə qoymuşdur dörd hədd,
Qurmuş dörd divarla bir əbədiyyət.
Nübüvvətə dini verdi yeniliк,
Кöməкçisi oldu ağıl və biliк.
Dini dünyada son din olduğundan,
Başqa dinlər batil edildi haman.
Rəhmli кişidir, qəzəbli bir şir,
Dili gah açardır, gah da bir şəmşir.
O bütün xaslardan xas bir Ayazdır,
Məsuddan Mahmuda çatmış bir xasdır.
Bir nüsrət qılıncı haqq vermiş ona,
Dəmirlə iz salır daşın bağrına.
Möcüzlə xar etdi bədgümanları,
Sıxdı daş qəlbilə yaşayanları.
Dostunu qarşılar gültəк gülərəк,
Hər qeyddən azaddır dünya sərvitəк.
 
 
Tərcümə edəni: Rəsul Rza, XOSROV və ŞİRİN "LİDER NƏŞRİYYAT" BAKI-2004 , Bu əsər "Nizami Gəncəvi. Xosrov və Şirin" (Bakı, Yazıçı, 1982)
 Kitabı esasında tekrar neşre hazırlanmıştır
 
https://www.anl.az/el/n/ng_x&sh.pdf
 
https://www.azadliq.org/a/24911320.html
 

0

1

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar