HƏRB VƏ FƏLAKƏT

08.04.2017
HƏRB VƏ FƏLAKƏT
 
Anadolu hərbzədələrinə yardım münasibətilə
 
Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;
Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Soğuq, soğuq!.. Gecə keçmiş, bütün cihan susmuş,
Uzaqda inliyor ancaq zavallı bir bayquş.
Gözümdən uyqu çəkilmiş də çarpıyor qəlbim,
Nədənsə bilmiyorum, ah, xeyli müztəribim.
Önümdə dalğalanır teyflər, qızıl qanlar,
Başımda patlıyor atəşli, sisli vulkanlar.
Təcəssüm etmədə qarşımda bir cihani-ələm,
Dönüb də tərsinə guya yanar bütün aləm.
Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir,
Fədayi-nəfs edərək haq üçün qoşar, güləşir.
Yakar, yıkar, əzilir, məhv olur, basar, basılır,
Vətən yolunda ölür, öldürür, asar, asılır.
O top, tüfəng, o qılıclar, zəhərli qumbaralar,
Nə istər, ah, niçin böylə gürləyib parlar!?.
Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla?
Nədir şu kinü ədavət, nədir bu dərdü bəla?
Aman, nə mənzərə! Duyduqca sarsılır vicdan.
Nə dəhşət, ah!.. Düşündükcə çıldırır insan.
Təməddünün sonu vəhşətmidir, nədir əcaba?..
Xayır, xayır… nə diyor baq ricali-bəzmara;
Siyasət ərləri gür-gür gürüldiyor hər an,
Böyük səadət umar həp şu qanlı fırtınadan.
Bütün şu vəlvələ onlarca bir bəşarətdir,
Yarınki bayramı təbrik için işarətdir.
“Böyük, küçük, qara, ağ, həp xristian, islam,
Şəhərli, köylü, maarifpərəst, cahili-tam.
Bütün bəşər nə hüquq istiyorsa, həp alacaq;
Qəvi zəif ilə bir yerdə kamran olacaq…”
Demək ki, qalmayacaq zülmdən cihanda nişan…
Aman,nə tatlı bir əfsanə, həm nə süslü yalan!
Əvət, bu nəşəli, həm şairanə bir xülya,
Xəyalə, hissə pək uyğun, sevimli bir röya…
Bu tatlı hiss ilə həp ənbiya, bütün ürəfa,
Fünuni-fəlsəfədən zevq alan böyük üdəba,
Zəif için didinib, çırpınıb yorulmuşlar,
Fəqət nəticədə həp əski halı bulmuşlar.
Qucaq-qucaq edilən tatlı vədlər pək çox;
Saqın inanma! Yalan… Yoq, zəif için haq yoq!..
İnanma! Aciz için yoq hüquq, inanma xayır,
Cihanda haq da, həqiqət də həpsi qüvvətdir.
 
 
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar