Həzrət Süleyman'ın taḫtına baḫ, baḫ!..

08.06.2016
BAḪ, BAḪ!

Şəriət oḫuyan, təriqət bilen,
Haqlıq eyləyirsən, haqq dine baḫ, baḫ!..
Qalmayıb dünyada "mənəm" deyənlər,
Həzrət Süleyman'ın taḫtına baḫ, baḫ!..

Oḫuduğun Quran hardadı, hanı?
Hansı yola dəvət edir insanı?
Salıbsan zindana gözəl bir canı,
İqbalına baḫ, baḫ, baḫtına baḫ, baḫ!..

Ələsgərin könlü geyib qaralar,
Şəfa bulmur qəlbindəki yaralar.
Qoca səfa sürer, gözəl saralar,
Tariḫine baḫ, baḫ, vaḫtına baḫ, baḫ!..
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar