İKİ KÖRPƏ

11.10.2016
 
 
İKİ KÖRPƏ

 
Birincisi oynaq, qayğısız xoş üz,
İnco bir musiqi andırır sosi.
Yaşar gözlorindo canlı bir gündüz,
Ətrafı güldürür hor qəhqəhəsi.
Yox onun qəlbində nə qərəz, nə kin
Bütün varlığmda bir hərəkət var.
Şahin baxışla olduqca kəskin,
Sarsıdamaz onu nə çovğun, nə qar.
Digəri daha xoş bir qız yavrusu,
Lalədən rəng alıb gülür varlığı.
Onun nə dərdi var, nə də qayğusu,
Qazanmış əsrindən bəxtiyarlığı,
Mən bu səhnəciye inandım gerçək,
Var imiş həyatm xoş zamanları.
Bizdən daha parlaq günlər görəcək,
Bu yeni dünyanm qəhrəmanları.
 
1925
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 
 
 
 
 
Yorum yapmak için lütfenKayıt Olunya da