İLƏRİ...

02.03.2017

 
 
İLƏRİ...
 

Erkən günəş tellərini yer üzünə saçmadan,
Ceylanlar*
 öz sürüsüylə səhralara qaçmadan.
Mütəfəkkir düşünürdüm bir xəyalın izincə;
Bu yaz sabahı xilqətin təsvirinə gəlincə,
Hər şeydə həddindən artıq bir sükunət yaşardı,
Yalnız ayrı dağlardakı suların nərəsi vardı.
İştə, təbiətə bu gün hökm edən bir sükunət
Dünyaları qəhr edərdi bəlkə bulsaydı fürsət.
Azca keçməmişdi həmən minarənin başından
Ayazların şiddətilə donan soyuq daşindan,
Möminləri çağırırdı ucalan "Allah" səsi,
O ənini†
 boğmadaydi zavodların nərəsi.
Artıq şəhər oyanmişdı... başlanmışdı hərəkət,
Harda hərəkət yaşarsa, orda yaşar bərəkət.
Qarşı dağın göbəyindən zər qanadlı bir pəri.
Gülümsəyən gözlərilə söyləyirdi "iləri!"
 
1928
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana
 

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar