İSKENDERNAME PADŞAHLARA NƏSİHƏT

01.03.2017

 
İSKENDERNAME
 
SÖZÜN TƏRİFİ VƏ
PADŞAHLARA NƏSİHƏT
 
Dəniz dalğalanıb gələrsə feyzə,
Sədəfdən dürr alıb çıxardar üzə
Yenidən dövlətim başımdan aşdı.
Dövlətli ürəyim sözlə dostlaşdı.
Qaranlıq çəkildi, doğdu gözəl gün,
Şux səhər açıldı şux bülbül üçün.
Oyandı yenidən, bəxtim oldu yar,
Gör indi şad könlüm nələr yaradar?
Tale birisinə verərsə açar,
O, qara daşdan da gövhər çıxarar.
Hər günə ruzigar dedik əzəldən.
Birində cələ var, o birində dən.
Varlıq pərgarının ulu rəhbəri
Mənə söz mülkünü verəndən bəri,
Xeyli düşündüm ki, bu ölkəni mən
Bəs kimə tapşırım özüm gedərkən?
Bir şəhər yaratsam, baxtım olsa yar,
Kim olsun bəs ona sonra şəhriyar?57
Əqlim söylədi ki: - Belə şəxs gərək
Tanınsın dünyada məruf insantək.
Elə lütfkar əl ola ki, onda,
Misli tapılmaya bütün cahanda.
Gərək qarışqaya azca yem verə,
Filə də fil payı seçib göndərə.
Olmaya sərsəri, xam adamlartək
Əlindən gəlməyə qələm də çərtmək.
Qarışqa yemiylə fili yemləyə,
Cəbrayıl rütbəsi verə milçəyə.
Bütün bəxti dönmüş şahların, əlbət,
Ölçü bilməzlikdən olub bəxti bəd.
Baş ilə ayağı pis fərq etmişlər,
Məst olub, tacı da qoyub getmişlər.
Kiçik çox pay almış, böyük az almış,
Böyüyün qiyməti belə azalmış!
Mənasız səxavət göstərsə hər kəs,
               _______________  Milli Kitabxana  ________________
31
Yırtıq təbil kimi çıxaracaq səs.
Ölçü-biçi bilsən hər bir işdə sən,
Böyük hesabları düz həll edərsənMətahı
böləndə sən elə böl ki,
Aparanın ağır olmasın yükü.
Qoyma qoca şaha gənc üstün gələ,
Şiruyə Pərvizi öldürdü belə
58.
Qocaman ağaca mişar çəkmə sən.
Zöhhak bunun üçün düşdü təxtindən59.
Hökmdar ölçüylə bəxş edə gərək
Odu da, suyu da, - güntək, buludtək.
Əliylə dürr saça o, dənizlərə,
Dağlarda torpağı lələ döndərə.
Harda bayrağını ucaltsa göyə
Kisədən paylaya bol-bol hədiyyə.
İdrak sahibidir, şükür allaha,
Naz da, nəvaziş də yaraşır şaha.
Dağlardan ta saman çöpünə qədər
Hər şeyin hər zaman qədrini bilər.
Hər kəsdə nə qədər varsa ləyaqət,
O qədər göstərər ona səxavət.
Odur ki, çox-çoxdur mədh edənləri,
Dünyada yox misli, yox bərabəri.
Çoxları istədi "İqbalnamə"ni,
Tək ona həsr etdim mən bu naməni60.
Çünki tanıdığım bütün şahlardan
Tək odur əməyə düz qiymət qoyan.
Boşdur çox şahların ancaq başları,
Nahaq çox kəsdirmiş onlar başları.
Hay-küy çox, heç bir şey yoxdur süfrədə,
Dönüb bədənləri quru cəsədə.
Onlarda bir tacir təbiəti var,
Zəlitək qan sorub ləzzət alarlar.
Dəniztək düşüncəm, dürrtək sözlərim,
Ləl ilə doludur mənim əsərim.
Şah özü sərrafdır, qədrini bilər,
Sözümün rütbəsi qat-qat yüksələr.
 
 
Tərcümə edəni: Mikayıl Rzaquluzadə,  NİZAMİ GƏNCƏVİ İSKƏNDƏRNAMƏ İqbalnamə "LİDER NƏŞRİYYAT" BAKI - 2004
 
Bu əsər "Nizami Gəncəvi. İskəndərnamə " (Bakı, Yazıçı, 1982) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.azadliq.org/a/9500508.html

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar