Məktub

03.08.2017
Elnur Rəsuloğlu (Əliyev)

 
            Məktub
 
Abırsız adamla doludur dünya,
Zalımın, alçağın quludur dünya.
Əzrayıl rolunu oynadın, bəsdir,
Rəzillik, əclaflıq puç bir həvəsdir.
 
Tutmadın qolundan gənc şairlərin,
Uzağı öləndə torpaqdır yerin.
Ruhunu satmısan İblisə, əlbət,
Alıbdır ağlını ehtiras, şəhvət.
Nə qədər gec deyil, bu yoldan qayıt,
Allahın lütfilə özünü ayılt!
Yorum yapmak için lütfenKayıt Olunya da