Mirzә Hәsәn Mirzәyә qәzәl:

26.02.2017
Mirzә Hәsәn Mirzәyә bәhri-tәvil sәbkidә yazdığı bir qәzәl:

Yenә asudә ikәn uğradım bir şux zibayә, 
Üzü gül, arizi mül, zülfü sünbül, çәşmi şәhlayә. 

Üzü sahir, özü zahir, gözü can almağa mahir, 
Görәn bir baxışın vermәz onun dünyavü üqbayә. 

Dәhanın var-yox sirrini bilmәk xeyli müşküldür, 
Әcәb mahirdir ol әyyar hәr elmi-müәmmayә. 

Baxanlar qamәtindәn rәmzlәr anlar qiyamәtdәn, 
Görәnlәr şәkli-әbrusin dәxi baxmaz yeni ayә.

Yer üzrә durmadı, getdi, sәmavatı mәqam etdi,
Lәbi ecaz rәmzin göstәrәn dәmdә Mәsihayә.

Götürsә gün cәmalından bulud kimi qara zülfün,
Sәrasimә Zuleyxa tәk çıxar Yusif tәmaşayә.

Dodağından soruşdum ağzının mәn var-yox sirrin,
Bu nazik nöqtәni sorma, düşar qan,--dedi--ortayә.

Alır feyzi-nәzәr bәhrini Aşiq tutsa damanın,
Tapar sәrriştәsin, yetsә әli zülfi-çәlipayә.

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar