MÜƏLLİMLİK

02.03.2017
MÜƏLLİMLİK
 
Müəllimlik - bu bir incə sənətdir,
Bu yolu hər gedən olmalı incə.
Saralmaz bir çəmən o göyərincə,
Həyata pək yaxın bir məhəbbətdir.
 
Almanlar etmişdir çox kərə təkrar –
Mənimdir gələcək... müəllimim var...
Dinlə vətəndaşım! Belə bir şüar
Hər qəlbə tac verən bir fəzilətdir.
 
Qələlər, zindanlar, qorxunc diləklər,
Atəşli vicdanlar, çılğın ürəklər,
Üfqündə məbud* bir boşluq bəklər,
Baxdım keçmişlərə, bu həqiqətdir...
 
Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol
Hər qəlbə sevinclər vəd edər bol-bol...
Bu günün qayəsi çünki zəhmətdir.
 
1927, iyun
 
 
*Məbud sözü burada sonsuzluq mənasında işlənmişdir.
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ I CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar