MƏNİM DÜNYAM

15.05.2017
 
 
"MƏNİM DÜNYAM"

 
Bir dünyamın dünyasıdı,
Mənim dünyam, mənim dünyam.
Yanar eşqin ziyasıdı,
Mənim dünyam, mənim dünyam.
 
Ülvi-ülvi ülviyyətdi,
Mətin-mətin mətanətdi,
Mehri-mehri məhəbbətdi,
Mənim dünyam, mənim dünyam.
 
Min mənalı bayatımdı,
Yerim, göyüm, hər qatımdı,
Ömür-ömür həyatımdı,
Mənim dünyam, mənim dünyam.
 
Öz vətənim, öz dinimdi,
Öz məkanım, öz elimdi,
Öz türkümdür, öz dilimdi,
Mənim dünyam, mənim dünyam.
 
Azaflıynan qoşa səni,
Toxunmaynan daşa səni,
Mən ölsəm də, yaşa səni,
Mənim dünyam, mənim dünyam.

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar