Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,

16.10.2016
 
QƏZƏL
 
Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,
Aşikar eyləməyincə ürəyim qan olacaq ?
 
Nə qədər gül üzünün həsrətin aşiq çəksin ,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ?
 
Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq ?
 
Eşqdən başqa nə dərd olsa yenə çarəsi var ,
Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ?
 
Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
Bilmədim , xatirim eşqində pərişan olacaq .
 
Sən götürt məscidi zahid , bizə meyxanəni ver ,
Kim bu işdə görək axırda peşiman olacaq ?
 
Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül ,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq .

0

0

Yorum Yapmak için Kayıt Olun veya Giriş Yapın

Yorumlar