Geraylı
ÖLÜRƏM
Əlac eylə dərdimə, gəl,
Mahi-tabanım, ölürəm.
Sinə sədəf, ləbi əsəl,
Şəkər zabanım ölürəm.
Əhvalımın al xəbərin –
Ahım ümman, dərdim dərin.
Cahanda yox bərabərin,
Bilsin cahanım ölürəm.
Alının çeşmi-çırağı,
Tərk etmir qəlbim fərağı,
Təbiblərdən al sorağı,
Qönçə dahanım, ölürəm.
https://www.azadliq.org/a/24302809.html